...

Parlament Bakıda binanın çökməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasına nəzarət edəcək

Siyasət Materials 9 Oktyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclis Bakının Yasamal rayonu Murtuza Muxtarov 185 ünvanında yeni tikilən 16-mərtəbəli binanın çökməsinə görə, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin qanuni şəkildə cəzalandırılmasına nəzarət edəcək. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında vitse-spiker Bahar Muradova bildirib.

"Bu məsələyə görə məsuliyyət daşıyan şəxslər həbs olunublar və biz onların, qanun çərçivəsində, layıq olduqları cəzanı almalarına nəzarət edəcəyik", -deyə Muradova bildirib.

O, hesab edir ki, cəmiyyət tikinti sahəsində qanun tələblərinə əməl olunması prosesinə nəzarəti gücləndirməlidir.

Xəbər lenti

Xəbər lenti