...

Azərbaycan prezidenti GUAM ərazisindəki münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasına ümidvardır

Siyasət Materials 11 Oktyabr 2007 03:49 (UTC +04:00)
Azərbaycan   prezidenti  GUAM  ərazisindəki   münaqişələrin    beynəlxalq   hüquq   normaları   çərçivəsində   nizamlanmasına   ümidvardır

Litva, Vilnüs / Trend xüsusi müxbir Y. Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev 10 oktyabrda Vilnüsdə GUAMın yubiley sammitində bəyan edib ki, "10 il ərzində GUAM Avropa Birliyi və digər beynəlxalq strukturlar tərəfindən dəstəklənən bir təşkilata çevrilib". Hal hazırda Azərbaycan GUAMda (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sədrlik edir.

Öz çıxışında Azərbaycan prezidenti GUAM sammitlərində AB-yə daxil olan ölkə başçılarının daimi iştirakını yüksək qiymətlənbirdi. " Təşkilatın özü də digər ölkələrlə əlaqələrini genişləndirir , GUAM-ABŞ, GUAM-Polşa , GUAM-Yaponiya formatında görüşlər keçirilir " - deyə Əliyev qeyd etdi .

Birgə fəaliyyətin əsas istiqamətləri - avroatlantik strukturlara iqteqrasiya , demokratik prosesslərin inkişafı və iqtisadi əməkdaşlığın genişlənməsi haqda danışan Azərbaycan dövlətinin başçısı həmçinin GUAM ölkələrinin üçünü birləşdirən üsumi problemi - aqressiv separatizm və etnik təmizləmələri xatırlatdı . O, bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasına ümidvar olduğunu bildirdi . Bundan başqa , Əliyev ümidvardır ki , bu münaqişələrin həllinə tərəfdaşlığın genişlənməsi , avroatlantik strukturlara inteqrasiya və ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı təsir edəcək .

Xəbər lenti

Xəbər lenti