...

ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə komitəsi " erməni soyqırımı " faktını təstiqləyən sənəd qəbul etdi

Siyasət Materials 11 Oktyabr 2007 04:23 (UTC +04:00)
ABŞ  Konqresinin   beynəlxalq   əlaqələr   üzrə   komitəsi  " erməni   soyqırımı "  faktını   təstiqləyən   sənəd   qəbul   etdi

ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə komitəsi 27 səs ilə lehinə və 21 səs ilə əlehinə "erməni soyqırımı" faktını tanınmasını təstiqləyən sənəd qəbul etdi.

Cümə axşamı ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə komitəsi altı səs ystünlüyü ilə "erməni soyqırımını" faktını tanınmasını təstiqləyən sənəd qəbul etdi.

Təstiq olunan sənədin mətnində deyilir ki : "Konqress ABŞ prezidentini hər il 24 apreldə " erməni soyqırımının " ildönümündə etdiyi müraciətində " milyon yarım erməninin sistematik və düşünülmüş qətlini " dəqiq xarakterizə etməyə çağırır .

Bu sənədin qəbulundan dərhal sonra Türkiyə prezidenti Abdullah Gül bildirib ki , "çox heyf ki , Amerikada bəzi siyasətçilər yenə böyük məsələləri kiçik siyasi oyunlara qurban etdilər ". Onun fikrincə , " bu ABŞ kimi böyük və güclü ölkəyə yaraşan hərəkət deyil ". " Türk xalqı bu qəbuledilməz qərarla heç vaxt barışmayacaq " - deyə Türkiyə prezidenti vurğulayıb .

Xəbər lenti

Xəbər lenti