...

Rusiya səfiri: "Qəbələ RLS-dən birgə istifadə məsələsi ilə bağlı qərarın qəbul edilməsi üçün bütün imkanlar mövcuddur" (video)

Siyasət Materials 12 Oktyabr 2007 17:18 (UTC +04:00)
Rusiya səfiri: "Qəbələ RLS-dən birgə istifadə məsələsi ilə bağlı qərarın qəbul edilməsi üçün bütün imkanlar mövcuddur" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov cümə günü Moskvada 2+2 formatında keçirilən görüşü "kifayət qədər ciddi" adlandırıb.

Qəbələ RLS-dən birgə istifadə məsələləri oktyabrın 12-13-də Moskvada Rusiya və ABŞ xarici işlər və müdafiə nazirlərinin görüşündə müzakirə olunur.

"Bu gün Rusiya və ABŞ-ın qarşılıqlı münasibətləri ilə bağlı ən ciddi məsələlər, həmçinin Qəbələ RLS ilə bağlı məsələlər müzakirə olunur, lakin mən fikirləşmirəm ki, bu gün və ya sabah bu məsələ ilə bağlı konkret qərarlar qəbul olunacaq" - deyə səfir bildirib.

Səfirin sözlərinə görə, Qəbələ RLS-dən birgə istifadə ilə bağlı konkret qərarın qəbul olunması üçün bütün imkanlar mövcuddur. "Biz danışıqlar masasına öz təkliflərimizi təqdim edirik, həm bizim, həm də ABŞ-ın mövqeyi artıq başa düşülməkdədir" - deyə səfir bildirib.

2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏMS-in yerləşdirilməsi ilə bağlı təklifin sistemin Polşa və Çexiya ərazisində yerləşdirilməsi ilə müqayisədə üstün olduğunu qeyd edib. RF prezidenti qeyd edib ki, Qəbələ RLS rəqibin raketlərini trayektoriyasının başlanğıcında vurmağa imkan verəcək.

Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib.

Xəbər lenti

Xəbər lenti