...

Mahmud ƏhmədiNejad: "Yaxın zamanlarda Xəzər regionu ölkələrinin yeni təşkilatı yaradılacaq"

Siyasət Materials 16 Oktyabr 2007 14:52 (UTC +04:00)
Mahmud ƏhmədiNejad:  "Yaxın zamanlarda Xəzər regionu ölkələrinin yeni təşkilatı yaradılacaq"

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ikinci Xəzər sammitinin açılışı zamanı bildirib ki, yaxın zamanlarda Xəzər regionu ölkələrinin yeni təşkilatı yaradılacaq, RBK -nın məlumatında belə deyilir. "Yaxın gələcəkdə Xəzər regionu ölkələrinin yeni təşkilatının yaradılmasına ehtiyac yaranacaq" - deyə İran prezidenti bildirib. Əhmədinejadın sözlərinə görə, sammitin məqsədi Xəzər dənizinin statusu və Xəzərə çıxışı olan beş dövlətin--- İran, Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın dənizin ehtiyatlarından istifadəsi ilə bağlı yekun sənədin hazırlanmasıdır. "Sənəddə yer alacaq hüquqi nizamlama digər dövlətlərin gəmilərinin Xəzər dənizi akvatoriyasında da öz əksini tapmalıdır", - deyə prezident bildirib. "Dənizin resursları Xəzəryanı dövətlərin hər birinə məxsusdur"" - deyə İran prezidenti hesab edir. Əhmədinejad, həmçinin, bəyan edib ki, tərəflər regionda hərbi qüvvədən istifadə etməməlidirlər. Prezidentin sözlərinə görə, Xəzəryanı dövlətlər sülh və sabitliyin qorunub saxlanması üçün mübarizə aparmalıdırlar.

Bununla yanaşı, Əhmədinejad vəd edib ki, İran yaxın zamanlarda İranın nüvə proqramı ətrafında yaranmış problemləri həll edəcək.

Tehran sammitində beş ölkənin-- Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın prezidentləri iştirak edirlər.

İrana səfəri çərçivəsində, Rusiya dövlət başçısı Vladimir Putin İran İslam Respublikasının prezidenti Mahmud Əhmədnejadla görüşəcək, İran KİV-inə müsahibə verəcək, həmçinin, ölkənin dini lideri ayətullah Əli Xameneyi ilə görüşəcək. Tərəflərin beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti