...

Qazaxda cinayət faktları azalıb

Siyasət Materials 18 Oktyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunda bu il qeydə alınan 86 cinayət hadisəsindən 97,4 faizinin üstü açılıb, cümə axşamı Trend in bölgə müxbirinə Qazax rayon Polis İdarəsinin rəis müavini Ədalət Sadıxov bildirib. Onun sözlərinə görə, hesabat dövründə bir intihar, üç qəsdən adam öldürmə, 9 oğurluq, 11 narkotik maddə satma və 7 saxlama ilə bağlı faktlar qeydə alınıb. İl ərzində polis idarəsində xüsusilə ağır cinayətlərlə bağlı 10, ağır cinayətlə bağlı 38, böyük ictimai təhlükə törətməyən 37, şəxsiyyət əleyhinə isə 31 fakt qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayət hadisələrində 18 fakt azaldığını bildirən Sadıxov bu il qeydiyyata alınan 86 cinayət hadisələrindən yalnız ikisinin bağlı qaldığını, 78-nin isə tamamlandığını deyib. Qazax rayon Polis İdarəsindən verilən məlumata görə, şöbədə hazırda 6 cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti