...

AŞ PA Berlində dondurulmuş münaqişələri müzakirə edəcək

Siyasət Materials 19 Oktyabr 2007 19:59 (UTC +04:00)

Fransa, Strasburq/ Trend , müxbir A.Məhərrəmli, A.Qasımova/ Avropa Şurasının Parlament Assambleyası Berlində "dondurulmuş münaqişələrin" müzakirəsi təşəbbüsünü irəli sürüb. "Dondurulmuş münaqişələr"ə həsr olunmuş konfrans 5-6 noyabr tarixinə təyin olunub. Bu barədə Trend ə cümə günü AŞPA mətbuat konfransından məlumat verilib.

Konfransı AŞPA Monitorinq komitəsi və Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə Alman institutu keçirəcək. Konfransı Monitorinq Komitəsinin sədri Eduard Linter açacaq. Qara dəniz regionundakı həll olunmamış münaqişələrə tarixi baxış mövzusunda isə Frankfurt Universitetinin professoru Folker Yakobi çıxış edəcək. Həmçinin, Rusiyanın hərbi və siyasi Təhlil İnstitutunun beynəlxalq münasibətlərdə problemlər şöbəsinin müdiri Sergey Markedenov, Avropa Şurası Venesiya Komissiyası katibinin müavini Tomas Markert və digərləri çıxış edəcəklər.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılacaq. Mövzunu AŞPA-nın Dağlıq Qarabağ problemi üzrə Alt komitəsinin rəhbəri lord Rassel Conson açacaq. Bu mövzuda Qafqaz proqramının (London) direktoru Conatan Koen və Dağlıq Qarabağ münaqişəsinin həllində AŞ perspektivləri mövzusunda məruzə ilə Nottinqem Universitetinin professoru Stefan Volf və digərləri çıxış edəcək.

Konfransın ikinci hissəsi Abxaziya və Cənubi Osetiya, üçüncü hissəsi isə, Dnestryanı problemlərə həsr olunacaq.

Konfransın növbəti günündə "dondurulmuş münaqişələrin gələcək həll perspektivləri" mözusunda müzakirələr keçiriləcək. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Serbiyanın xarici işlər naziri Vuka Jeremiça, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Rusiyanın xarici işlər nazirləri çıxış edəcəklər. Aparılacaq fikir mübadilələrində Avropa Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye və digərləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti