...

Masallı rayon YPX əməkdaşları reydə başlayıb

Siyasət Materials 24 Oktyabr 2007 03:05 (UTC +04:00)

Azərbaycan, Lənkəran / müxbir Trend P.Əliyeva/ Ölkə başçısı cənab İlham Əliyevin 9 ayın yekunlarına həsr olunan tədbirdə, respublika ərazisində avtomaşınlarda görünməni məhdudlaşdıran plyonkaların, qara şüşələrin çıxarılması barədə göstərişinin icrasına başlanılıb.Masallı rayon YPX əməkdaşları tam heyətlə bu istiqamətdə fəaliyyətə başlayıblar. Rayonun 3 istiqamətində, 2 saatliq reyd zamanı 67 avtomaşın saxlanıldı. Saxlanılan avtomaşınların hamısında görməni məhdudlaşdıran plonkalar, qara şüşələr aşkarlanıb. Plyonkalar yerində sökülüb. Saxlanılan 67 avtomaşındakı sürücülərdən 1-i içkili, 7 nəfərində sürücülük hüququ olmadığından, avtomaşınlar cərimə meydanına aparıldı. Reyd zamanı bir neçə avtomaşının sürücüsü polisin əmrinə tabe olmayaraq yollarını davam etdiriblər.Masallı rayon polis şöbəsinin rəis müavini Tofiq Şahmarov bildirdi ki, bu kimi tədbirlər sərt davam etdiriləcək.Polisin əmrinə tabe olmayan sürücülərin avtomaşınlarının nömrələri götürülüb,onlar haqqında da tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti