...

Azərbaycan neftinin qiyməti qalxıb

Siyasət Materials 26 Oktyabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend , müxbir V.Şərifov/ CİF Augusta neftinin qiyməti oktyabrın 25-də $86,55/barr təşkil edib, bu isə ötən qiymətdən $2,51/barr çoxdur. Bu barədə cümə günü artıq 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Ötən ilin sonuna qədər neft, həmçinin, "Bakı-Supsa" kəməri vasitəsilə Gürcüstanın Supsa limanına ixrac olururdu. 2006-cı ilin noyabr ayından etibarən, bu kəmərdə təmir işləri aparılır.

ARDNŞ-dən verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti oktyabrın 25-də $85,20/barr təşkil edib, bu isə, ötən qiymətdən $1,77/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan neftindən geri qalır.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 25-də $81,15/barr təşkil edib, bu isə ötən qiymətdən $1,72/barr çoxdur.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti oktyabrın 25-də $85,18/barr təşkil edib, bu isə, ötən qiymətdən $1,52/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti