...

Azərbaycan parlamenti sədrinin Fransaya səfər proqramı açıqlanıb

Siyasət Materials 27 Oktyabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun Fransaya ilk rəsmi səfərinin proqramı açıqlanıb. Milli Məclisin mətbuat katibi Akif Nəsirov şənbə günü keçirdiyi brifinqdə bildirib ki, Əsədov oktyabrın 29-dan noyabrın 1-dək Fransada səfərdə olacaq. Səfər Fransa Senatının sədri Kristian Ponselenin dəvəti ilə həyata keçirilir.

"Səfərdə məqsəd Azərbaycanla Fransa parlamenti arasında əlaqələri daha da inkişaf etdirməkdir", -deyə mətbuat katibi əlavə edib.

Səfər çərçivəsində Əsədov Fransa Senatının sədri , Milli Assambleyanın sədri Bernar Akkoye, Milli Assambleyanın Xarici əlaqələr komissiyasının rəhbəri Aksel Poniatovski, iqtidarda olan Xalq Hərəkatı Birliyi Partiyasının Milli Assambleyadakı fraksiyasının rəhbəri Jan-Fransua Koppe, Senatın Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri Ambruas Düpon ilə görüşəcək.

Azərbaycan parlamenti sədrinin səfər proqramına bir sıra mədəni tədbirlərin keçirilməsi də daxildir.

Əsədovu müşayiət edəcək nümayəndə heyətinin tərkibinə, Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun sədri Gülər Əhmədova, deputatlar Rafael Cəbrayılov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

"Keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də qaldırılacaq və Azərbaycan tərəfinin haqlı möqeyi Fransa qanunverici orqanı rəhbərliyinin nəzərinə çatdırılacaq", -deyə Nəsirov əlavə edib.

Xəbər lenti

Xəbər lenti