...

İsrail səfirliyi ölkədə təhlükəsizlyin təmin edilməsi işində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib

Siyasət Materials 29 Oktyabr 2007 17:38 (UTC +04:00)
İsrail səfirliyi ölkədə təhlükəsizlyin təmin edilməsi işində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ İsrail səfirliyi ölkədə təhlükəsizlyin təmin edilməsi işində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib. Bu barədə bazar ertəsi İsrailin Azərbaycandakı səfiri Artur Lenk, bu gün səhər ölkədə bir sıra diplomatik korpusların və xarici şirkətlərin fəaliyyətinin dayandırılması ilə bağlı fikir bildirərkən bəyan edib.

"Biz Azərbaycana bu işdə kömək etməyə hazırıq, çünki bizim terrorrizmə qarşı mübarizə sahəsində təcrübəmiz var" - deyə səfir bildirib.

Ofisləri Bakının mərkəzində "Landmark" biznes mərkəzinin binasında yerləşən xarici şirkətlər bazar ertəsi səhər, təhlükəsizlik məsələləri ilə bağlı olaraq, fəaliyyətini müvəqqəti olaran dayandırıb.

BP Azərbaycan"ın "Landmark" biznes mərkəzində yerləşən böyük şöbəsi, Norveçin "StatoilHydro" şirkəti və ABŞ səfirliyi fəaliyyətini dayandırıb.

Bu gün Bakının Nəsimi rayonunun əməkdaşları tərəfindən ABŞ-ın Azərbaycandıkı səfirliyinin ərazisinə müşahidə aparan iki nəfər saxlanıb. Trend in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, onların uzun saqqalları olub və həmin şəxslər səfirliyin binasının şəklini çəkməyə çalışıblar.

Xəbər lenti

Xəbər lenti