...

Xarici işlər nazirliyinə səfirliklərin təhlükəsizliyi ilə bağlı heç bir müraciət daxil olmayıb

Siyasət Materials 30 Oktyabr 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K. Ramazanova/ Azərbaycan Xarici işlər nazirliyinə olkədə fəaliyyət qöstərən səfirliklərin təhlükəsizliyi ilə bağlı heç bir müraciət daxil olmayıb. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov oktyabrın 30-da jurnalistlərə bildirib.

"Dünya praktikasında diplomatik nümayəndələrin fəaliyətində təhlükəsizliklə bağlı müəyyən məlumat varsa, bu məlumat mübadiləsi əsasında tədbirlər görülür. Amma XİN-ə bu barədə müraciət daxil olmayıb", - deyə, Xələfov bildirib. Onun sözlərinə görə, bu, sadəcə olaraq, anlaşılmazlıq olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti