...

Çexiyanın xarici işlər nazirinin müavini Bakıya gəlir

Siyasət Materials 31 Oktyabr 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Çexiyanın xarici işlər nazirinin müavini Tomas Poyar çərşənbə günü axşam Bakıya gəlir. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib. Sabah o, ölkənin rəsmi şəxsləri ilə görüşlərə başlayacaq. Poyar xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, həmçinin, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Sənaye - Ticarət Palatasının və Azərbaycanda ixracın və investisyasların təşviqi fondunun rəhbərliyi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti