...

Baş nazir: "Güc tətbiqi Rustaveli prospektinin azad edilməsi üçün məcburi tədbirlər idi"

Siyasət Materials 7 Noyabr 2007 17:09 (UTC +04:00)
Baş nazir: "Güc tətbiqi Rustaveli prospektinin azad edilməsi üçün məcburi tədbirlər idi"

Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstanın baş naziri Zurab Noqaideli bəyan edib ki, Gürcüstanın güc strukturları Rustaveli prospektinin azad edilməsi üçün, qanun çərçivəsində, zor tətbiq etməli olublar. "Müxalifətin güc tətbiq etməklə küçəni tutmasından sonra, biz xüsusi vasitələrə əl atmalı olduq" - deyə baş nazir bildirib.

Nazir qeyd edib ki, bü gün nümayişçilərin sayı o qədər də çox olmayıb. Baş nazir qeyd edib ki, nümayişçilərin dağıdılması zamanı Avropa ölkələrində istifadə olunan "klassik tədbir"lərdən istifadə olunub.

"Mən səhiyyə nazirinə su şırnağı və qazdan əziyyət çəkən vətəndaşlara köməklik göstərmək barədə göstəriş vermişəm, biz hamıya yardım edəcəyik" - deyə nazir bildirib və qeyd edib ki, Rustaveli prospekti artıq azad olunub və gündəlik rejimdə fəaliyyət göstərəcək.

Noqaideli bəyan edib ki, parlamentdə müxalifətlə danışıqlar başlanacaq.

Xəbər lenti

Xəbər lenti