...

Avropa Şurasının nümayəndəsi bir sıra müxalifət partiyalarının Seçki Məcəlləsini müzakirə etməməsinə təəssüflənir (video)

Siyasət Materials 9 Noyabr 2007 19:28 (UTC +04:00)
Avropa Şurasının nümayəndəsi bir sıra müxalifət partiyalarının Seçki Məcəlləsini  müzakirə etməməsinə təəssüflənir (video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ Avropa Şurası dörd müxalifət partiyasının, etiraz əlaməti olaraq, Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələlərinə həsr olunan "dəyirmi masa"da iştirak etməməsinə təəssüflənir. "Biz müxalifət partiyalarının "dəyirmi masa" zamanı aparılan müzakirələrə qoşulmamasına təəssüflənirik" - deyə cümə günü Avropa Şurasının Bakı ofisinin rəhbəri Denis Bribosia bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası, ADP, Liberal Partiyası və "Müsavat", tədbirin təşkilatçısının İFES olması səbəbindən, müzakirələrdə iştirak etmir. Tədbirdə partiyaların əksəriyyəti iştirak etmir. Partiyalar hesab edir ki, İFES, Azərbaycanda keçirlən seçkilərə münasibəti ilə əlaqədar olaraq, demokratik qüvvlərin etibarını itirib. "Dördlük", həmçinin, təklif edib ki, Seçki Məcəlləsinə dair müzakirələr müxalifətin adından yalnız bu partiyalar ilə aparılsın, çünki bu pariyalar son parlament seçkilərinin yekunlarına əsasən, bir faizlik baryeri ötüb.

"Mən müxalifət partiyalarının iştirak etməməsinə təəssüf edirəm, lakin mən onları günahlandıra bilmərəm. Biz bir çox maraqlı fikirləri eşitməkdə maraqlı idik" - deyə Bribosia bildirib.

Onun sözlərinə görə, nə qədər dialoq olarsa, bir o qədər maraqlı təkliflər və deməli, məhsuldar siyasət formalaşdırmaq imkanı olacaq.

Azərbaycanda prezident seçkiləri 2008-ci ilin yazında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti