...

"Azadlıq" bloku baş redaktorun həbsini pisləyən bəyanat qəbul etdi

Siyasət Materials 11 Noyabr 2007 20:25 (UTC +04:00)
"Azadlıq" bloku baş redaktorun həbsini pisləyən bəyanat qəbul etdi

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi Azərbaycanda mətbuat və söz azadlığına təzyiq kimi qiymətləndirilməlidir", - bu bəyanat noyabrın 11-də mətbuat konfransı keçirən "Azadlıq" blokunun həmsədrləri tərəfindən səsləndirilmişdir. Blokun həmsədri, Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyev öz çıxışında bildirdi ki, Zahidin həbsi "Azadlıq" qəzetinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilmişdir.

Q.Zahid bir gün əvvəl Yasamal Rayon Polis İdarəsinə çağırılıb və orada şübhəli şəxs qismində saxlanılıb. Baş redaktor xuliqanlıq və insan sağlamlığına qəsdən xəsarət yetirmək maddələri ilə ittiham olunur. Hazırda Q.Zahid polis idarəsinin müvəqqəti təcridxanasında saxlanılır. Noyabrın 12-də jurnalistə qarşı sürülən ittihamlar əsasında Yasamal rayon məhkəməsi qərar çıxaracaq.

Mətbuat konfransında "Azadlıq" blokunun həmsədrləri beynəlxalq ictimaiyyəti Q.Zahidin həbsilə bağlı diqqətli olmağa çağırdılar. Həmsədrlər hesab edirlər ki, Azərbaycanda jurnalistin növbəti həbsi ölkənin beynəlxalq aləmdə nüfuzuna ziyan vurur.

Tədbirin sonunda Q.Zahidin həbsini pisləyən bəyanat qəbul edilmişdir. Onun mətni beynəlxalq təşkilatlara təqdim olunacaq.

"Azadlıq" blokunda müxalifət 3 siyasi qurum - xalq cəbhəsi (AXCP), liberal (ALP), eləcə də vətəndaş və inkişaf (VİP) partiyaları ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti