...

İran hakimiyyətinin aqibəti ABŞ-la müharibənin başlanmasına bağlıdır- İran politoloqu

Siyasət Materials 12 Noyabr 2007 16:48 (UTC +04:00)
İran hakimiyyətinin aqibəti ABŞ-la müharibənin başlanmasına bağlıdır- İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranın nüvə zənginləşdirmə planını dayandırmaq üçün indiyədək rəsmi Tehrana verilən təkliflərin heç biri qəbul olunmayıb. "İran bunların hamısına etinasız yanaşır, çünki, İran hakimiyyətinin aqibəti, ABŞ-la müharibənin başlanmasına bağlıdır" -deyə, İranlı politoloq və İran tədqiqatçılar assosiasiyasının sədri (Assosiation of İranian Reaserchers) Hüseyn Lacəvərdi (Hossein lajavardi) bildirib.

İranın nüvə zənginləşdirmə planı beynəlxalq ictimaiyyətin ciddi n narahatlığına səbəb olub. Fars körfəzi ölkələri İrana zənginləşdirilmiş uranın satışı üzərində konsersumun təşkilini təklif edib. Rusiya İrana uranın zənginləşdirilməsi stansiyasının Sibirdə qurulmasını, avrokomissar Havyer Solana isə, "Uranın zənginləşdirilməsi üzrə beynəlxalq mərkəz"-in yaradılmasını təkilf ediblər. İran rəsmiləri bütün təklifləri nəzərdən keçirəcəklərini bildirsələr də , rəsmi Tehranın ortaya qoyduğu şərtlər bu təklifləri birmənalı şəkildə rədd edir.

Lacəvərdi bazar ertəsi günü telefonla Parisdən "Trendə" bildirib ki, İranın nüvə zənginləşdirmə planı, əslində, ölkə hakimiyyətinin davamı üçün lazımdır. "İran hakimiyyəti millət içində öz dayağını əldən verib və narazı qüvvələri aradan qaldırmaq üçün xarici düşmənə ehtiyacı var. İran-ABŞ müharibəsinin başlanması bəhanəsi ilə, hakimiyyət bütün daxili müxalif qüvvələri aradan qaldıracaqdır. Rəsmi Tehranın 1977-ci il inqilabından indiyədək neft gəlirləri 1 trilyon dollardan artıq olub, buna baxmayaraq, ölkə əhalisi yoxsulluq içində yaşayır və hakimiyyət nüfuzunu tamamilə itirib"-deyə, İranlı politoloq bildirib.

Lacəvərdi bildirib ki, BMT Təhlükəsizlik Şurasının yeni sanksiyaları Tehrana tətbiq olunsa, ABŞ İrana hücüm etməyə yetərincə bəhanə tapacaqdır. "ABŞ-ın İranın 10000-dən artıq strateji nöqtəsini hədəfə alacağı səsləndirilir. İran bu müharibənin başlanmasını ABŞ-dan çox istəyir, çünki, ölkə daxilindəki narazılıqlar güdən-günə artır. Müxalifət qüvvələrini aradan qaldırmaqda "müharibə" variantı qaçılmazdır", - deyə, Lacəvərdi bildirib.

İranlı politoloqun fikrincə, ABŞ İranın nüvə stansiyalarını hədəfə almayacaq. Amerika Xiroşima və Naqasaki faciələrini təkrar etməyəcək. Bu isə, İran hakimiyyətinin nüvə stansiyaları sarıdan nigaranlığını azaldır. Beləliklə, rəsmi Tehran müharibəyə müsbət yanaşır"-deyə Lacəvərdi bildirib.

Diqər İran politoloqu İsa Səhərxiz isə, telefonla Tehrandan "Trendə" bildirib ki, İran prezidenti ölkəni müharibəyə sövq edir. "Hakimiyyət milləti yox, özünü qorumağa çalışır. Qətnamələr də, müharibə də hakimiyyətə yox, millətə mənfi təsir göstərəcək və İran rəsmiləri bundan çəkinmirlər", - deyə, Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti