...

Gürcüstanda fövqəladə vəziyyət noyabrın 16-da ləğv olunacaq – Parlamentin spikeri

Siyasət Materials 14 Noyabr 2007 13:36 (UTC +04:00)
Gürcüstanda fövqəladə vəziyyət noyabrın 16-da ləğv olunacaq – Parlamentin spikeri

Gürcüstan, Tbilisi / Trend müxbir N. Kirtsxalia/ Müxalifətin Tbilisidə keçirdiyi mitinqdən sonra Gürcüstanda tətbiq olunan fövqəladə vəziyyət noyabrın 16-da ləğv olunacaq. Bu barədə çərşənbə günü Tbilisidə keçirilən brifinqdə Gürcüstan Parlamentinin spikeri Nino Burcanadze bildirib.

Gürcüstanda fövqəladə vəziyyət müxalifətin hazırkı prezident Mixail Saakaşvilinin istefa verməsi və növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi ilə keçirilən mitinqindən sonra, noyabrın 7-də tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti