...

Bir qrup gənc Bakı Şəhər İcra Hakimiyyətinə etirazını bildirib

Siyasət Materials 14 Noyabr 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Dalğa" Gənclər Hərəkatı Bakıda təbii ağacların kəsilərək yerində dekorativ ağacların qoyulmasına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları əllərində su qabları dekorativ ağacların dibinə su tökməyə başlayıblar. Lakin polis əməkdaşları gənclərin bu aksiyasını yarımçıq saxlayıb və onların icra hakimiyyətinin binasına yaxınlaşmasına imkan verməyiblər. Aksiyaçı 10 nəfər gənc polislər tərəfindən saxlanılaraq Səbail rayonunun 9-cu polis bölməsinə aparılıblar.

Hüquq müdafiəçisi Elçin Behbudov gənclərin saxlanılması ilə əlaqədar 9-cu polis bölməsinə gedib, bölmə rəisi ilə görüşüb. Ona bildiriblər ki, gənclər cərimələnmədən sərbəst buraxılacaqlar. Digər hüquq müdafiəçiləri də telefon vasitəsilə saxlanılan gənclərlə əlaqə yaradıblar. Bu barədə Trend ə "Dalğa" Gənclər Hərəkatının sədri Vəfa Cəfərova məlumat verib.

"Dalğa" Gənclər Hərəkatı bu həftə ərzində ekologiya və paytaxtın təmizliyi ilə əlaqədar silsilə tədbirlər keçirməyə qərar verib. Bugünkü aksiya onlardan biri idi.

Xəbər lenti

Xəbər lenti