...

"Türkiyədə təhsil alan tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün maarifləndirmə işi gücləndirilib"-baş konsul

Siyasət Materials 14 Noyabr 2007 17:18 (UTC +04:00)
"Türkiyədə təhsil alan tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün maarifləndirmə işi gücləndirilib"-baş konsul

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə təhsil alan tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün universitetlərlə əlaqələrini gücləndirib. "Azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün onlar arasında maarifləndirmə işi gücləndirilib", çərşənbə günü Trend ə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran bildirib. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlb edilməsinə cəhdlər olub, lakin bunun qarşısı alınıb.

Ötən həftə Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda radikal vəhabilərin silahlı dəstələrini zərərsizləşdirib. Onlar ölkədə ölümlə nəticələnən silahlı basqınlar ediblər və Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərə qarşı terror aktı törətməyə cəhd ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə, bəyan edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlbi ilə bağlı təhlükə mövcuddur.

Aran bildirib ki, Türkiyədə azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlb olunmaları ilə bağlı ciddi təhlükə yoxdur. Buna baxmayaraq, maarifləndirmə işlərinin gücləndirilməsi üçün xüsusi layihələrin həyata keçirilməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti