...

Azərbaycan pezidenti İlham Əliyev hökumətə qışa hazırlıqla bağlı tapşırıq verib

Siyasət Materials 14 Noyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Prezident İlham Əliyev bu gün ölkənin enerji sektorundaki vəziyyət və qışa hazırlıqla bağlı müşavirədə ARDNŞ-ə, ölkəni neft-qaz kompleksinin ən müasir texnologiya ilə təchiz edilməsi ilə bağlı göstəriş verib. İclasda prezident ölkənin müvafiq strukturlarına qış aylarında enerji daşıyıcılarına tələbatın tam ödənilməsini mühüm vəzifə kimi qarşıya qoyub, xüsusilə, qaz hasilatının artırılmasına diqqət yetirməyi, yeraltı qaz anbarlarındakı ehtiyatları 3 milyard kubmetrə çatdırmaq üçün tədbirlər görməyi tapşırıb. Prezidentin sözlərinə görə, Xəzərin karbohidrogen ehtiyatlarının hasilatı və ixracı ölkəyə böyük gəlir gətirir. Növbəti illərdə neft-qaz sektorundan daha çox gəlir əldə olunacaq və bu vəsaitlər sərmayə qoyuluşuna, geniş infrastruktur dəyişikliklərinə, habelə, enerji potensialının daha da gücləndirilməsinə yönəldiləcəkdir

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov, "Azəristiliktəchizat" SC-nin sədri Yaşar Həsənov, "Bakıelektrikşəbəkə" SC-nin sədri Baba Rzayev, sənaye və energetika naziri Natiq Əliyev qışa hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti