...

Müxalifət lideri söz azadlığına təzyiqlərə görə beynəlxalq təşkilatları ittiham edib

Siyasət Materials 14 Noyabr 2007 17:53 (UTC +04:00)
Müxalifət lideri söz azadlığına təzyiqlərə görə beynəlxalq təşkilatları ittiham edib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət liderlərindən biri-- Liberal Partiyasının yaradıcısı Lalə Şövkət beynəlxalq təşkilatları Azərbaycanda söz azadlığına qarşı təzyiqlərə görə ittiham edib. Trend in məlumatına görə, o, bu barədə fikirlərini "Azadlıq" qəzetinin həbs olunmuş baş redaktoru Qənimət Zahidin hüquqlarını müdafiə məqsədilə çərşənbə günü keçirilən toplantıda bildirib.

Lalə Şövkət bildirib ki, beynəlxalq dəstək olmasa, ölkələrdə söz azadlığını qorumaq mümkün deyil. Onun fikrincə, beynəlxalq təşkilatlar Azərbaycanda söz azadlığının vəziyətinə münasibətdə əcaib mövqe nümayiş etdirirlər. "Beynəlxalq təşkilatlar söz azadlığının durumuna görə, Azərbaycanı əvvələr Baltikyani ölkələrləmüqayisə edirdilər, indi müqayisənin ünvanı Özbəkistandır. Çox qəribədir ki, dünya xəritəsində yanacaqdoldurma məntəqəsi rolunu oynayan çox kiçik ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycana çatanda öz xarakterlərini dəyişirlər. Özlərini "demokratiyanın missionerləri" adlandıran fövqəldövlətlər də Azərbaycanda söz azadlığının boğulması hallarına adekvat reaksiya vermirlər", - deyə Lalə Şövkət bildirib.

O qeyd edib ki, bu vəziyətdən çıxmaq üçün müxalifət birliyinə, yeni taktika seçməyə ehtiyac var.

Konfransda iştirak edən hüquq müdafiəçiləri Qənimət Zahidin "vicdan məhbusu" hesab olunduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti