...

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Siyasət Materials 15 Noyabr 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi dekabrın 8-9-da Azərbaycana gələcək. Bu barədə Semnebinin ofisindən verilən məlumatda bildirilir.

Səfərin proqramı dəqiqləşdirilir. İlkin proqrama əsasən, Semnebi QHT və siyasi partiyaların nümayəndələri ilə görüşəcək.

Ötən ilin payızında Azərbaycan və Avropa İttifaqının, Avropa Qonşuuq Siyasəti çərçivəsində əməklaşlığına dair fəaliyyət planı hazırlanıb. Avropa İttifaqı analoji razılığı Gürcüstan və Ermənistanla da da imzalayıb.

Fəaliyyət planında ikitərəfli əməkdaşqlığın Dağlıq Qarabağ probleminin həlli, demokratik institutların və regional əməkdaşlığın inkişafı kimi istiqamətləri əksini tapıb.

Xəbər lenti

Xəbər lenti