...

Azərbaycan Ukraynadan iki təyyarə alacaq

Siyasət Materials 19 Noyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ İlin sonuna qədər Azərbaycan Ukraynadan iki təlim təyyarəsi alacaq. Azərbaycanın Könüllü Hərbivətənpərvərlər Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov bazar ertəsi jurnalistlərə bildirib ki, Ukraynadan İKAR və PEQAZ markalı təyyarələrin alınması üçün danışıqlar başa çatıb. Onun sözlərinə görə, Rusiyanın İvanovka şəhərindən 12 paraşütün alınması üçün də sifariş verilib.

Azərbaycanda 4 hərbi təlim bazası fəaliyyət göstərir. Sonuncu təlim bazası noyabrın 17-də Bakıdan 418 kilometr şimal-qərbdə yerləşən Zaqatala rayonunda açılıb, 3 hektar ərazini əhatə edir.

Xəbər lenti

Xəbər lenti