...

İlin sonunadək delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasının daha bir iclası keçiriləcək - Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin rəhbəri (video)

Siyasət Materials 20 Noyabr 2007 12:34 (UTC +04:00)
İlin sonunadək delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasının daha bir iclası keçiriləcək - Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin rəhbəri (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ İlin sonunadək delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasının daha bir iclası keçiriləcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin rəhbəri Qərib Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, komissiya iki ölkə ekspertlərinin hazırladıqları Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə materialları müzakirə edəcək. Onun sözlərinə görə, dövlət sərhədlərinin 470 km-dən 170 km-i hələ də razılaşdırılmayıb.

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına toxunan Komitə rəhbəri bildirib ki, hələlik sərhədyanı xəttin 95 faizi razılışdırılıb. Bu məsələdə üç sahə - Balakən, "Su qovşağı" ərazisi və meşə fondunun bir hissəsi üzrə problem qalmaqdadır. Məmmədov bildirib ki, dekabrda dövlət sərhədlərinin delimitasiya və demarkasiysı üzrə Azərbaycan-Rusiya komissiyası razılaşdırılmamış bu sahələr üzrə işi davam etdirə bilər.

Xəbər lenti

Xəbər lenti