...

DAK-ın keçmiş sədrinin fəaliyyəti donduruldu

Siyasət Materials 20 Noyabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ DAK-ın keçmiş sədri, təşkilatın İdarə Heyətinin üzvü Cavad Derəxtinin fəaliyyətinin dondurulmasına qərar verilib. Bu barədə DAK-ın sədri Qulamrza Səbri Təbrizi çərşənbə axşamı yaydığı bəyanatda bildirib.

Onun sözlərinə görə, Derəxti DAK-ın Nizamnaməsini pozaraq, bu il iyulun 7-də keçirilmiş qurultayın qərarlarına sayğısızlıq göstərib və Azərbaycanın müxtəlif mətbuat orqanlarına özünü DAK sədri kimi təqdim edib. Derəxti, həmçinin, mətbuata bildirib ki, 2008-ci ilin fevralında DAK-ın IX qurultayı keçiriləcək.

Təbrizinin sözlərinə görə, İdarə Heyəti üzvləri hazırda Bakıda olan Derəxti ilə görüşməyə çalışsalar da, o, bundan boyun qaçırıb.

" Derəxtinin bu hərəkətlərini DAK İdarə Heyəti üzvləri, Azərbaycan, Ukrayna və Rusiya nümayəndəlikləri və fəalları müzakirəediblər və belə qərara gəlinb ki, Derəxtinin əməlləri Nizamnaməyə zidd olduğu, bölücülük, dağıdıcılıq, qarşıdurma yaratdığı üçün, bundan sonra DAK İH sıralarında fəaliyyəti dondurulur"-deyə Təbrizi bildirib.

Qeyd edək ki,Derəxti bu gün mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti