...

AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 21 Noyabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin növbəti iclası noyabrın 23-də Slovakiyanın Bratislava şəhərində keçiriləcək. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, radioaktiv tullantılar və ətraf mühitin mühafizəsi, gender bərabərliyi, Balkanlardakı münaqişə zonalarında uşaqların vəziyyəti və digər mövzular müzakirə olunacaq.

İclasda Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti