...

Bakının Nardaran qəsəbəsində altı il axtarışda olan cinayətkar tutulub

Siyasət Materials 24 Noyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakının Nardaran qəsəbəsində altı il axtarışda olan cinayətkar tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov şənbə günü Trend ə bildirib ki, 2001-ci ildən axtarışda olan yerli sakin, 1963-cü il təvəllüdlü Etibar Əhmədov həbs edilib.

Saxlanma zamanı Əhmədov silahlı müqavimət göstərib və polislərə "Makar" tipli tapançadan atəş açıb. Polislər cavab atəşi ilə Əhmədovu ayağından yaralayıblar. Atışma zamanı polislər xəsarət almayıb. Onun üzərindən axtarış zamanı 2 "Makar" tipli tapança götürülüb.

Əhmədov sui-qəsddə və qanunsuz silah saxlamaqda ittiham olunur.

Xəbər lenti

Xəbər lenti