...

"İmdad" humanitar komitəsinin rəhbəri Azərbaycana gəlib

Siyasət Materials 26 Noyabr 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Bazar ertəsi İran İslam Respublikasının İmam Xomeyni adına "İmdad" humanitar komitəsinin rəhbəri işgüzar səfərlə Bakıya gəlib.

Komitənin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, səfər çərçivəsində, komitə rəhbəri Azərbaycanın Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov, Baş nazir Artur Rasizadə, parlament sədri Oqtay Əsədovla görüşmək niyyətindədir.

Komitə rəhbəri "İmdad" komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 14 illiyinə həsr olunmuş konfransda da iştirak edəcək.

Komitənin nümayəndləliyi artıq 14 ildir ki, fəaliyyət göstərir, erməni təcavüzü nəticəsində torpaqlarından qovulmuş qaçqın və köçkünlərin və aztəminatlı ailələrin problemləri üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti