...

Azərbaycan hələ NATO-ya daxil olmaq niyyətində deyil

Siyasət Materials 27 Noyabr 2007 12:37 (UTC +04:00)
Azərbaycan hələ NATO-ya daxil olmaq niyyətində deyil

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib ki, Azərbaycan hələ NATO-ya daxil olmağı planlaşdırmır, lakin əməkdaşlıq etməyi davam etdirir. "Mən müdafiə naziri kimi bəyan edirəm ki, hələ Azərbaycanın NATO-ya daxil olmasına dair qərar yoxdur" - deyə çərşənbə axşamı Astanada MBD müafiə nazirləri şurasının iclasından sonra keçirilən mətbuat konfransında Əbiyev bildirib. Müdafiə naziri eyni zamanda qeyd edib ki, ölkə NATO ilə əməkdaşlığı davam etdirəcək.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı-çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqramın birinci iştirakçısı olan ATƏT-ə üzv olan 27 ölkədən biri olub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama müvafiq olaraq Azərbaycan üzərinə götürdüyü 50-ə yaxın tərəfdaşlıq vəzifəsini yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planının təsdiq olunmasına dair" fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti