...

Azərbaycan Rusiyadan silah-sursat almağı planlaşdırır – səfir

Siyasət Materials 29 Noyabr 2007 13:19 (UTC +04:00)
Azərbaycan Rusiyadan silah-sursat almağı planlaşdırır – səfir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan Rusiyadan silah-sursat almağı planlaşdırır. Bu məsələ Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana dünənki səfəri zamanı Azərbaycan tərəfi ilə müzakirə olunub. Bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib.

O bildirib ki, silah-sursat alışı iki ölkənin hərbi-texniki əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Səfir jurnalistlərlə söhbət zamanı alqı-satqının texniki detallarını açıqlamayıb.

Azərbaycan və Rusiya hərbi kadrların hazırlanması sahəsində də əməkdaşlığı inkişaf etdirəcək. "Rusiya Müdafiə Nazirliyinin təlim məktəbləri Azərbaycan tərəfinin istənilən ehtiyaclarını təmin etməyə hazırdır" - deyə səfir bildirib.

Səfir əlavə edib ki, hər iki ölkənn Müdafiə İdarəsinin başçısı Bakıda keçirilən danışıqlardan razı qalıblar.

Xəbər lenti

Xəbər lenti