...

Gəncə polisində kompleks yoxlamalara başlanılıb

Siyasət Materials 29 Noyabr 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhər Polis İdarəsində kompleks yoxlamalara başlayıb, cümə axşamı Trend ə hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.

Ötən həftə daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə polkovnik Rasim Musayev Gəncənin yeni polis rəisi təyin olunub. Noyabrın 20-də isə 11 il Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan Qərib Həsənov yaş həddinə görə vəzifəsindən uzaqlaşdırılıb. Gəncədə DİN tərəfindən sonuncu kompleks yoxlamalar 2000-ci ildə keçirilib.

Məlumata görə, kompleks yoxlamalar 5 ildən bir keçirilsə də, bu yoxlamalar 2 il yubanıb. Kompleks yoxlamalar zamanı Gəncənin keçmiş polis rəisinin və polis orqanlarındakı digər vəzifəlilərin də fəaliyyəti araşdırılacaq.

DİN mətbuat xidmətindən Trend ə bildiriblər ki, nazirliyin hansısa şəhərin polis idarəsində kompleks yoxlamalar aparması təbiidir.

Xəbər lenti

Xəbər lenti