...

Azərbaycan prezidenti Türkiyənin dövlət başçısına başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Abdullah Gülə başsağlığı verib.

Prezident Əliyev Türkiyənin İsparta şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını deyib. "Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm" - deyə Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti