Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveçə rəsmi səfərində bu ölkənin Xarici İşlər İnstitutunda "Azərbaycanın Avroatlantik qurumlara inteqrasiyası və enerji təhlükəsizliyinin inkişafı" mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə Trend ə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib.
Azərbaycanın xarici işlər naziri Norveçə dekabrın 4-7-də səfər edəcək. Səfir bildirib ki, səfər zamanı Azərbaycanın XİN başçısı norveçli həmkarı Yonas Store (Jonas Gahr Store) ilə görüşəcək və əməkdaşlığın bütün sahələri , o cümlədən, enerji məsələlərinə dair məsələləri müzakirə edəcək. Məməədyarov Norveçin işgüzar və siyasi dairələri, həmçinin, Parlamentdə Xarici İşlər Komitəsinin üzvləri ilə görüşlər keçirəcək.
Səfirin sözlərinə görə, səfər çərsivəsində tərəflər əməkdaşlığa dair bir neçə müqavilə imzalayacaqlar.