...

Prezident İlham Əliyev Tailandın kralı Bhumibol Adulyadejə təbrik məktubu göndərib

Siyasət Materials 4 Dekabr 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev Tailandın kralı Bhumibol Adulyadejə təbrik məktubu göndərib.Təbrik məktubu bu sözlərlə başlayır: "Tailandın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram". Prezident Əliyev daha sonra ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə ediləcəyinə, dost ölkələrimiz arasında əməkdaşlıq sahəsində daha böyük irəliləyişlərin qazanılacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti