...

Azərbaycanın hökumət orqanları ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış etməyə, hələlik, ehtiyac görmür

Siyasət Materials 5 Dekabr 2007 12:10 (UTC +04:00)
Azərbaycanın hökumət orqanları ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış etməyə, hələlik, ehtiyac görmür

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın hökumət orqanları, hələ ki, ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış etməyə ehtiyac görmür-- Trend ə müsahibəsində Prezidentin İcra Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycan bir sıra siyasi qüvvələri və hərəkatları hökumət orqanlarının ünvanına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı danışıqların gedişini ictimaiyyətə açıqlamaq çağırışı ilə çıxış ediblər.

"Bu gün ictimaiyyətə heç nə elan edə bilmərik, hələlik, münaqişənin sülh yolu ilə qəti həllinə dair ciddi addamlar atılmayıb" - deyə Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, vasitəçilər arabir tərəflərə müxtəlif təkliflər irəli sürürlər .

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti