...

Moskva və İrəvanın səyləri Zaqafqaziyada sabitliyin əldə olunmasına yönəlib - Lavrov

Siyasət Materials 5 Dekabr 2007 15:00 (UTC +04:00)
Moskva və İrəvanın səyləri Zaqafqaziyada sabitliyin əldə olunmasına yönəlib - Lavrov

Moskva və İrəvanın səyləri Zaqafqaziyada sabitliyin əldə olunmasına yönəlib. Bu barədə bu gün RF-nin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Vardan Oskanyanla görüşündə bildirib. İTAR-TASS-ın məlumatında belə deyilir.

"Regionda vəziyyətin sabitləşməsi səyləri çərçivəsində ikitərəfli əlaqələr inkişaf edir" - deyə nazir bildirib.

"Biz bu il bir neçə dəfə görüşlər keçirmişik və prezidentlərimiz arasında razılığın əldə olunmasına çalışmışq" - deyə Lavrov bildirib. "Ümid edirəm ki, bugünkü görüş də eyni xarakteri daşıyacaq".

Oskanyan öz növbəsində qeyd edib ki, "gündəlik sıxdır, lakin tərəflər problemli tapşırıqlara malik deyil". Nazirin sözlərinə görə, "əsas məsələ münasibətləri dərinləşdirməkdir". Ermənistanın XİN rəhbəri bildirib ki, Moskva görüşü həm dünyəvi, həm də qlobal problemlərin həlli ilə bağlı müzakirələrdə faydalı olacaq".

Xəbər lenti

Xəbər lenti