...

Müxalifət partiyalarının bir qrup üzvü "Azərbaycan yolu" Siyasi Hərəkatına keçib

Siyasət Materials 5 Dekabr 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən ADP, AXCP və Müsavat partiyasının Qazax rayon təşkilatının üzvləri birgə bəyanat verərək, "Azərbaycan yolu" Siyasi Hərəkatının sıralarına qoşulduqlarını bəyan ediblər. Bu barədə çərşənbə günü "Azərbaycan yolu" Siyasi Hərəkatı məlumat yayıb.

Hərəkatdan verilən məlumata görə, birgə bəyanat imzalayan Müsavat, AXCP və ADP-nin üzvü olan 33 nəfər bu partiyaları tərk etdiklərini bildiriblər.

Bəyanatda deyilir ki, 2008-ci ildə keçiriləcək prezident seçkisi ilə bağlı ölkədəki siyasi fəallıq yetərli deyil. "Seçki ərəfəsində dəfələrlə özlərini ölkənin aparıcı müxalifəti adlandıran bir neçə partiyanın iştirakı ilə yaradılmış bloklar heç nəyə nail olmayıblar. Bu bloklar, əsasən, formal xarakter daşıdığı üçün , seçkidən dərhal sonra dağılıb, partiyalar arasında qarşılıqlı ittiham və təhqirlər başlayıb. Bu isə blokların yaradıcısı olan təşkilatların minlərlə üzvlərini ümidsiz və çətin vəziyyətə salıb"-deyə bəyanatda deyilir.

Həmçinin bildirilir ki, müəyyən dairələrin diqtəsi ilə yaradılan bu bloklar ölkənin siyasi spektrini tam əhatə etmədiyindən, cəmiyyətin siyasi mübarizə əzmini heçə endirir.

AXCP-nin sədr müavini Həsən Kərimov Trend ə açıqlamasında bildirib ki, Qazax rayon təşkilatının üzvləri öz yerindədir və partiyanı tərk etməyiblər. Onun sözlərinə görə, "Azərbaycan yolu" Hərəkatı bundan əvvəl də müxalifət partiyalarının ayrı-ayrı rayon təşkilatlarının, guya həmin Hərəkata keçməsi barədə yalan məlumatlar yayıb.

Xəbər lenti

Xəbər lenti