...

Tokioda GUAM-Yaponiya formatında görüş keçirilir

Siyasət Materials 5 Dekabr 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Tokioda çərşənbə günü "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" ilə Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunur. Azərbaycan XİN-dən verilən məlumata görə, görüş GUAM - Yaponiya formatında keçirilir.

İTAR-TASS-ın verdiyi məlumata görə, çərşənbə günü Tokioda jurnalistlərə GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib ki, özündə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM bazar iqtisadiyyatı və energetika sahəsində uyğun maraqlar əsasında Yaponiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir.

Onun rəyinə görə, GUAM və Yaponiyanın ümumi bazar və demokratik dəyərlər bazasında müəyyən olunan vəzifə və məqsədləri praktiki olaraq uyğun gəlir. Energetika problemi, enerji təchizatı məsələlərinin həllinə yanaşmada da uyğunluq var.

GUAM nümayəndə heyəti xarici işlər nazirləri müavinləri səviyyəsində təmsil olunub. Görüşlərdə Azərbaycanı XİN-nin idarə rəisi təmsil edir.

Bu formatda birinci görüş cari ilin iyun ayında Təşkilatın Bakıda keçirlən sammiti çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti