...

Azərbaycan BMT-yə üzv-dövlətlərlə hasilat sahələrində şəffaflığın təmin edilməsi işindəki təcrübəsi ilə bölüşüb

Siyasət Materials 6 Dekabr 2007 06:38 (UTC +04:00)

Dekabrın 5-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın Daimi nümayəndəliyinin təşəbbüsü ilə hasilat sahələrində şəffaflığın təmin edilməsinə həsr olunmuş brifinq keçirilib. Həmin brifinqdə Azərbaycan tərəfi BMT-yə üzv-dövlətlərlə neft və qazdan əldə olunan gəlirlərin şəffaflığının təmin edilməsi yolu ilə onların xalqın firavanlığına yönəldilməsinin təcrübəsi ilə bölüşüb.

Bu işlə Dövlət Neft Fondu məşğul olur. Buraya daxil olan vəsaitlər ölkə əhalisinin maraqları üçün istifadə edilir. Bu il Fond dövlət xidmətinin inkişafına töhfə verdiyi üçün BMT-nin mükafatına layiq görülüb. Müvafiq struktur Şərqi Avropa və MDB dövlətləri arasında belə bir yüksək mükafata layiq görülən ilk dövlət qurumudur.

2003-cü ildə isə Azərbaycanda hasilat sahələrində şəffalığın artırılması ilə bağlı beynəlxalq Təşəbbüsün reallaşdırılması məqsədi ilə Milli Komitə təsis edilib. 2004-cü ilin noyabrın 24-də Azərbaycan hökuməti yerli və xarici şirkətlərlə, habelə vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyası ilə neft-qaz şirkətlərinin vəsaitlərinin və dövlətin hasilat sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığına dair anlaşma Memorandumu imzalayıb.

Brifinqdə Azərbaycanın Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak edib. O bildirib ki, Bakı BMT-nin hasilat sahələrində şəffalığın artırılması ilə bağlı beynəlxalq Təşəbbüslə bağlı dəstəyini almaq istəyir və bu məqsədlə Baş Assambleyanın qətnaməsini dəstəkləməyi təklif edir.

"BMT Radio"suna müsahibəsində Mövsümov bildirib ki, bu Təşəbbüsə görə bu gün hamı əmindir ki, Azərbaycanın neft-qaz sənayesindən əldə etdiyi gəlirlərin hamısı dövlət büdcəsinə daxil olur və hazırda diqqət bu resurların sosial-iqtisadi inkişafa necə istifadə edilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti