...

Bakı polisində kadr dəyişikliyi aparılıb

Siyasət Materials 7 Dekabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə günü Trend ə bildiriblər ki, idarənin rəis müavini İsgəndər Quliyev tutduğu vəzifədən uzaqlaşdırılıb. Məlumata görə, daxili işlər naziri Ramin Usubovun əmri ilə Quliyev yaş həddinə görə vəzifəsindən çıxarılıb. Onun yerinə yeni təyinatla bağlı hələlik qərar yoxdur.

Son bir ayda daxili işlər nazirinin əmri ilə Azərbaycanın 10-a yaxın polis idarəsində kadr islahatları aparılıb.

Xəbər lenti

Xəbər lenti