...

Naxçıvanın Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib

Siyasət Materials 7 Dekabr 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimini vəzifəsindən azad edib. Bu barədə qərar Milli Məclisin cümə günü keçirilən iclasında qəbul olunub.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, prezident İlham Əliyev İslam Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında parlamentə təqdimat göndərib.Prezidentin başqa bir təqdimatı isə, İslam Əliyevin Azərbaycanın Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı olub. Müzakirələrdən sonra parlament İslam Əliyevi Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edib və Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə təsdiq edib.

İslam Əliyev 2003-cü ildən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib.

"Prezident İlham Əliyev Hüseyn Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə Milli Məclisə təqdimat göndərib",- deyə Hüseynov əlavə edib.

Komissiya sədri qeyd edib ki, Məhkəmə-hüquq Şurası Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunması ilə bağlı prezident İlham Əliyevə təqdimat göndərib. Bu məsələ yaxın günlərdə prezidentin sərəncamı ilə həll olunacaq.

Parlament Məmmədovu Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edib.

Xəbər lenti

Xəbər lenti