...

Heydər Əliyevin anma mərasimi ilə bağlı avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 11 Dekabr 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin anma mərasimi ilə bağlı sabah Bakının Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Trend ə bildirib ki, ümummilli lider Heydər Əliyevin anma mərasiminin keçirilməsi ilə əlaqədar sabah paytaxtın Mehdi Hüseyn küçəsi, "Teleteatr" binası qarşısından, Əzizbəyov heykəlindən və Mətbuat prospekti və Mikayıl Müşfiq dairəsindən Fəxri Xiyaban istiqamətində bütün növ avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Onun sözlərinə görə, anma mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir qurtaranadək həmin istiqamətə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Daxili işlər nazirinin (DİN) müavini Vilayət Eyvazov jurnalistlərə bildirib ki, anma mərasimi ilə bağlı sabah Bakıda polislər gücləndirilmiş iş rejimində işləyəcəklər.

Xəbər lenti

Xəbər lenti