...

Müxalifət partiyalarının prezident seçkisi ilə bağlı yeni məşvərət qurumu yaradılır

Siyasət Materials 12 Dekabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dekabrın 26-da 20 -yə yaxın müxalifət partiyasının iştirakı ilə məşvərət xarakterli yeni qurum yaradılacaq. Bu barədə çərşənbə günü Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

Müxalifəti təmsil edən 16 siyasi partiya çərşənbə günü əməkdaşlığa dair saziş imzalayıb. Həmin sənəddə bildirilir ki, Azərbaycanda demorkrtik seçki keçirilməsi, seçkiöncəsi demokratik mühitin yaradılması, mətbuat və siyasi azadlıqların təmin olunması, Seçki Məcəlləsinin dəyişdirilməsi məqsədilə, bu partiyalar fəaliyyətlərini əlaqələndirəcəklər. Həmçinin, öhdəlik götürürlər ki, seçkiöncəsi demokratik toplumun fəallaşması üçün birgə fəaliyyət göstərəcəklər, bir-birilərinin əleyhinə təbliğat aparmayacaqlar.

Saziş Açıq Cəmiyyət, KXCP, Milli İstiqlal, Tərəqqi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Böyük Quruluş, Ümid, Vətəndaş Həmrəyliyi, Bizim Azərbaycan bloku (XQP, AFP, TMP, AAP), "Azərbaycavn yolu siyasi hərəkatı", Azadlıq, Milli Demokrat partiyalarının sədrləri tərəfindən imzalanıb.

Qəzənfəroğlu bildirib ki, bu partiyaların əməkdaşlığının təşkilati forması, adı dekabrın 26-da keçiriləcək dəyirmi masada müəyyənləşəcək: "Bu qurumda partiyaların fəaliyyəti sərbəst olacaq, yəni, heç bir öhdəliklər götürülməyəcək, heç kimin fəaliyyəti məhdudlaşdırılmayacaq. İdarəetmə forması isə, məsələn, Koordinqasiya Şurası formasında ola bilər. Yeni qurum prezident seçkiləri ilə əlaqədar yaradılır və seçkidən sonra fəaliyyəti dayandırılacaq"-deyə Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə, qurumda przidentliyə bir neçə namizəd olacaq və bu, həmin partiyaların əməkdaşlığına mane olmayacaq.

16 partiyanın imzaladığı sazişə "Azadlıq" blokundankı üç partiya - AXCP, VİP, ALP, həmçinin Müsavat, ASDP və Ədalət partiyaları qoşulmayıblar. Qəzənfəroğlu onlardan yalnız "Azadlıq" blokunun ünvanına ittihamlar səsləndirib: "Əməkdaşlıq sazişinə "ABŞ səfirliyinin partiyaları", yəni, "Azadlıq" bloku qoşulmadı, çünki səfirliyin, ABŞ-ın Milli Demokratiya İnstitutunun izacəsi olmadan kiminləsə, görüşmək, əməkdaşlıq etməyə ixtiyarları yoxdur"-deyə Qəzənfəroğlu bildirib.

Xəbər lenti

Xəbər lenti