...

Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub

Siyasət Materials 13 Dekabr 2007 15:19 (UTC +04:00)
Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub

Azərbaycan, Bakı / Trend müxbir K. Ramazanova/ Türkiyənin Azərbaycandakı yeni səfiri Türkiyə baş nazirinin protokol şöbəsinin rəhbəri Hulusi Kılıç olacaq. Bu barədə "Turkish Daily News"un verdiyi məlumatda bildirilir.

Türkiyə hökuməti səfirlərin xarici ölkələrə təyin olunması barədə məlumatları açıqlayıb. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Türkiyə prezidentinin idarəetmə ofisinin rəhbəri olacaq.

Xəbər lenti

Xəbər lenti