...

Qarabağ məsələsində Azərbaycanın savadlı və koordinasiya etmək bacarığına malik gənclərə ehtiyacı var - Britaniyadakı azərbaycanlı tələbələr

Siyasət Materials 17 Dekabr 2007 08:20 (UTC +04:00)
Qarabağ məsələsində Azərbaycanın savadlı və koordinasiya etmək bacarığına malik gənclərə ehtiyacı var - Britaniyadakı azərbaycanlı tələbələr

Böyık Britaniya, London / mıxbir Trend G.Əhmədova / Azərbaycanın bu günlərdə Qarabağ məsələsini Böyük Britaniyada koordinasiya edən, daha savadlı cənclərə ehtiyacı var. Bu barədə Layçester şəhərindən tələbə, gənclərin nümayəndəsi Gülçöhrə Əliyeva, Böyük Britaniyada səfərdə olan azərbaycanlı millət vəkilləri ilə görüşdə bildirib. O, koordinasiya və Qarabağ məsələsində atılan zəif addımlardan təəssüfləndiyini bildirib.

"Lakin ermənilər artıq Böyük Britaniyada erməni tədqiqat mərkəzinin yaradılmasına başlayıblar. Bunu onların tarixçiləri edir. Əgər Harvardda erməni tədqiqat mərkəzi vardırsa, nə üçün Azərbaycanın mərkəzi də olmasın?!" o vurğulayıb.

Tələbə Azərbaycanın bütün tarix fakültəsi olan ali məktəblərinin Azərbaycan haqqında həqiqətlərin yayılmasında fəal iştrak etməsi barədə istəyini bildirib.

Onun fikrincə, dünyanın başqa ölkələrində Qarabağla bağlı konfranslar keçirilməlidir, həmçinin Böyük Britaniyada bu işlərə KİV-i də cəlb etmək lazımdır. Bunun üçün isə yüksək təhsilə və koordinasiyaya malik gənclər lazımdır.

Azərbaycan gənclərinin klubu olan, Londonda yerləşən "Azərbaycan evi" də deputatlarla təşkil olunan görüşdə öz narahatçılıqlarının birinci növbədə Qarabağla bağlı olduğunu bildiriblər.

Gənclərin nümayəndəsi Simuzər Baloqlınlının britaniyalı deputat Stiven Paundun Dağlıq Qarabağa səfəri və "Sunvil Discovery" turizm agentliyinin hərəkətləri ilə bağlı sualını cavablandıran millət vəkili Əli Məsimli deyib ki, Azərbaycan XİN-i bunula bağlı rəsmi reaksiya verib.

"Düzdür, bu məsələni Parlamentdə qaldırsaydıq daha yaxşı olardı, lakin bu ikitərəfli münasibətlərə mənfi təsir edə bilər" millət vəkili vurğulayıb.

"Biz gərək kinolar çəkək ki, ingilis dilində başqalarının dili ilə Qarabağ həqiqətləri barədə danışsınlar". Bunu Azərbaycan gəncləri klubunun rəhbəri Vüsal Həmzəyev deyib.

Onun sözlərinə görə, gənclərin əsas məqsədlərindən biri Avropada Azərbaycan barədə müsbət rəyin formalaşdırılmasıdır.

Deputat Çingiz Əsədullayev isə deyib ki, Azərbaycanla bağlı həqiqətlərin yayılması üçün savadlı kadrlar lazımdır. "Biz gərək elə bir qanunverici baza yaradaq ki, xaricdə təhsil almış hər bir Azərbaycan vətəndaşı vətəninə qayıtsın və ölkəsində işləsin. Biz hər bir azərbaycanlıya bu məsələdə yardımçı ola bilərik" deputat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti