...

Azərbaycan prezidenti Şuşa Mədəni-Maarif Texnikumunun kollektivini təbrik edib

Siyasət Materials 25 Dekabr 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev Şuşa Mədəni-Maarif Texnikumunun 100 illik yubileyi münasibətilə çərşənbə axşamı texnikumun kollektivini təbrik edib. Təbrik məktubunda qeyd olunub ki, 1907-ci ildə gimnaziya kimi yaradılan və 1922-ci ildə Müəllimlər Seminariyasına çevrilən Şuşa Mədəni-Maarif Texnikumunun Azərbaycan təhsilinin inkişafında özünəməxsus xidmətləri olub: "Sizin texnikumun yaranma tarixi XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının böyük vüsət aldığı dövrə təsadüf edir. Ölkəmizdə təhsil sisteminin təşəkkülü və inkişafında öz yeri olan texnikumunuz şərəfli bir yol keçmişdir. Bu təhsil ocağının yetirmələri gənc nəslin təlim-tərbiyəsində böyük əmək sərf etmişlər. Bu gün Azərbaycanın hər bir guşəsində texnikumun məzunlarına rast gəlmək mümkündür".

Təbrikdə deyilir ki, bütün çətinliklərə baxmayaraq, Bakı şəhərində məskunlaşmış təhsil ocağı zəngin pedaqoji ənənələrini indi də davam etdirir, tələbələrin seçdikləri ixtisasların sirlərinə yiyələnmələrində, Vətənə layiqli övladlar kimi formalaşmalarında səy və bacarığını əsirgəmir.

Xəbər lenti

Xəbər lenti