...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Beynəlxalq Əməkdaşlıq Naziri xanım Faizə Əbul Nəqa ilə görüşüb

Siyasət Materials 27 Dekabr 2007 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /  Azərbaycanın XİN mətbuat xidmətindən Trend ə bildiriblər ki, cümə axşamı xarici işlər naziri Elmar Məmmədyarov Misirin Beynəlxalq Əməkdaşlıq Naziri xanım Faizə Əbul Nəqa ilə görüşüb.Məmmədyarov Misirlə əməkdaşlığa ölkəmizdə böyük önəm verildiyini vurğulayıb, iki dövlət arasında siyasi əməkdaşlığı, beynəlxalq təşkilatlar daxilində qarşılıqlı dəstəyi yüksək qiymətləndirib. Tərəflər Azərbaycanla Misir arasında mədəni və humanitar sahədə əməkdaşlığın iqtisadi sahədə də gücləndirilməsi, xüsusilə də, biznes mühitinin yaxşılaşdırılması, investisiyanın təşviqi, səhiyyə, təhsil, informasiya texnologiyaları, nəqliyyat sahəsində əlaqələrin inkişafının vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti