...

Pakistanda vətəndaş müharibəsi başlaya bilər-ekspert

Siyasət Materials 28 Dekabr 2007 12:14 (UTC +04:00)
Pakistanda vətəndaş müharibəsi başlaya bilər-ekspert

Azərbaycan, Bakı / Trend , müxbir R.Hafizoğlu/ Pakistanın sabiq baş nazii, Xalq Partiyasının lideri Benazir Bhuttonun qətli Pakistanda vətəndaş müharibəsinə səbəb ola bilər, - deyə pakistanlı ekspert Əbdylhəy Anis cümə günü Trend ə telefonla İslamabaddan bildirib.

Bhutto dekabrın 27-si , Pakistanın Ravalpindi şəhərində terakt nəticəsində qətlə yetirilib. Prezidentliyə real namizəd və ölkədə əsas müxalif qüvvə kimi qəbul edilən Bhuttonun qətlinin təşkilatçıları hələ müəyyənləşməyib.

Ə.Ənisin bildirdiyinə görə, Pakistanı artıq kütləvi etiraz aksiyaları bürüyüb.Bəzi böyük şəhərdərdə o cümlədən paytaxt İslamabada nümayişçilər polis məntəqələrinə hücüm edib.

Ekspert polis və ordunun vəziyyətə tam olaraq nəzarət edə bilməməsini Pakistanda yeni siyasi böhrana və vətəndaş müharibəsi ilə nəticələnəcəyinə əmindir.

"Sui-qəsdə müxtəltf siyasi qüvvələrin marağı var"-deyən ekspert vəziiyətin kontroldan çıxacağı təqdirdə Amerika ordusunun Pakistana girəcəyini də istisna etmir.

Bhutto seçki qabağı çıxışlarında Pakistanda fəaliyyət göstərən islami mədrəsələri bağlayabacı, Pakistanın nüvə başlıqlarını azaldacağına söz vermişdi.

Xəbər lenti

Xəbər lenti