...

AMİP-in keçmiş sədri partiyadan getmək fikrində deyil

Siyasət Materials 9 Yanvar 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının sədrliyindən istefa verən Ayaz Rüstəmov partiya sıralarını tərk etmək və başqa bir partiyaya keçmək fikrində deyil.

"AMİP-də mənə ehtiyac var və partiyanın gələcək fəaliyyətində özümü kənarda saxlamayacam"-deyə Rüstəmov çərşənbə axşamı Trend ə açıqlamasında bildirib.

Rüstəmov səhhətində problemlərin olmasını əsas gətirərək ötən ilin sonunda AMİP-in sədrliyindən istefa verib. Onun istefa ərizəsinə AMİP-in Siyasi Şurasının iclasında baxılacaq.

Rüstəmov bundan sonra aktiv siyasətlə məşğul olmayacağını, lakin AMİP sıralarını tərk etməyəcəyini deyib. O, əlavə edib ki, partiyada sədr görmək istədiyi şəxslər var, lakin onların adını açıqlamayıb: "Mən partiya sədrliyə iddialı olmaq istəyənlərə tövsiyə edirəm ki, qurultaya qədər öz populyarlıqlarını və fəallıqlarını artırsınlar"-deyə AMİP-in keçmiş sədr bildirib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti